İrakli Kobaxidze: ABŞ dan nikbin mesajlar alırıq

10.02.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Tbilisi, 10 fevral, AZƏRTAC

"Amerika Birləşmiş ştatlarından nikbin mesajlar gəlir. İstəyimiz strateji tərəfdaşlığı bərpa etməkdir, ABŞ tərəfinin addımlarını gözləyəcəyik".

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.

Hökumət başçısının sözlərinə görə, Gürcüstan ABŞ-la münasibətlərin yenidən qurulmasında və strateji tərəfdaşlığın bərpasında maraqlı olduğunu artıq ifadə edib.

"Əsasən, bu, Amerika tərəfindən asılıdır. Biz münasibətlərin yenidən qurulmasında və strateji tərəfdaşlığın bərpasında maraqlıyıq. Amerika tərəfindən eşitdiyimiz son mesajlar bizə nikbin təsir bağışlayır. Biz ABŞ-ın bu istiqamətdə atacağı addımları gözləyəcəyik", - deyə Baş nazir bildirib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью