Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Tbilisi, 4 fevral, AZƏRTAC
"ABŞ ilə strateji tərəfdaşlığımızı yeni səhifədən, konkret yol xəritəsi ilə yeniləmək istəyirik. Bizim əlimizi uzatmışıq. İndi xüsusi səbirlə cavab gözləyirik".
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.
Baş nazir Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsalia ilə ABŞ Dövlət katibinin köməkçisi Brendan Hanrahan arasında keçirilən görüş barədə danışıb. "Biz strateji tərəfdaşlığı yeni bir səhifədən, konkret yol xəritəsi ilə yeniləmək istəyirik, bu, bizim açıq şəkildə uzadılmış əlimizi göstərir. Biz səbirlə buna cavab gözləyirik və ümid edirəm ki, Amerika tərəfindən cavab olacaq. Bu, bizim nikbin gözləntilərimizdir, görək hadisələr bundan sonra necə inkişaf edəcək”, - deyə İrakli Kobaxidze bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi