İrakli Kobaxidze: AŞPA tamamilə maraqsız qurumdur

23.06.2026

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tbilisi, 23 iyun, AZƏRTAC

Avropa Şurası Parlament Assambleyası (AŞPA) tamamilə maraqsız qurumdur, heç kim onun qətnamələri ilə maraqlanmır. Avropa Parlamenti özünü nüfuzdan saldığı kimi, bu qurum da özünü hörmətdən salıb.

AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

O, AŞPA-da Gürcüstanla bağlı qətnamənin müzakirəsinə münasibət bildirərək deyib: "Biz bu cür qətnamələrin qəbulundan əvvəl hansı prosesin getdiyini və bu cür qətnamələrin nə qədər ədalətli olduğunu bilirik. Məhz bütün bu cür hərəkətlər ədalətsiz olduğuna görə, cəmiyyət artıq belə sənədlərə reaksiya vermir. Buna görə də bütün bunlar mənim üçün də maraqlı deyil".

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью