Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Tbilisi, 1 noyabr, AZƏRTAC
Ümid edirik ki, 2030-cu ilə qədər Avropa bürokratiyasının özü dəyişəcək və belə olan halda Avropa İttifaqın daxil olmaq Gürcüstan üçün faydalı olacaq.
AZƏRTAC xəbər verir ki bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib. Onun sözlərinə görə, Avropa bürokratiyası dəyişsə, şərtlər də dəyişəcək .
“Biz milli maraqlarımızı qorumaq məsuliyyətini öz üzərimizə götürürük. Avropa İttifaqı isə özü düşünməli, Gürcüstan hökumətinə qarşı mövqeyini dəyişməlidir. Əgər yanaşmalar dəyişsə, şərtlər də dəyişəcək” - deyə, Baş nazir bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi-0-