Icma.az bildirir, Mia.az portalına istinadən. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze
Mia.az xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev bəyanatla çıxış edib.
Prezident İlham Əliyevin bəyanatı -Hörmətli cənab Baş nazir. Hörmətli qonaqlar, xanımlar və cənablar.
İlk növbədə, cənab Baş nazir, Sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz.
Şadam ki, bizim görüşlərimiz müntəzəm xarakter alır. Biz sizinlə iki ay bundan əvvəl Bakıda görüşmüşdük.
COP29 konfransında iştirak etdiyiniz üçün Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm.
Ondan əvvəl isə 10 ay bundan qabaq Siz Azərbaycana səfər etmisiniz.
Yəni, son 10 ay ərzində bu, Sizin Azərbaycana üçüncü səfərinizdir və bu fakt özlüyündə Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər dərin və mənalı olduğunu göstərir.