İrakli Kobaxidze: Müxalifət intihar vəziyyətindədir

15.01.2025

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Gürcüstan müxalifəti intihar vəziyyətindədir.

“Report” xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

O, müxalifətin dövlət sisteminə qarşı sabotaj həyata keçirdiyini, lakin bunun sonradan onların neytrallaşdırılması ilə nəticələnəcəyini bildirib.

Kobaxidze, müxalifətin intihar vəziyyətində olduğunu deyib. Baş nazir, müxalifətin “tamamilə itkin düşdüyünü və təsirsiz olduğunu” deyərək, bu vəziyyətin ölkə üçün yaxşı olduğunu qeyd edib.

“Hazırda çox yaxşı proseslər gedir. 2025-ci il, “Kollektiv Milli Hərəkat” adlanan siyasi qüvvənin tamamilə neytrallaşdırılması ili olacaq. Bu, Gürcüstanın demokratiya sistemi və dayanıqlı inkişafı üçün çox vacibdir”, - İ.Kobaxidze əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью