İrakli Kobaxidze yenidən Gürcüstanın baş naziri seçilib

28.11.2024

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İrakli Kobaxidze Gürcüstanın baş nazir vəzifəsinə təsdiq edilib. Bu barədə Gürcüstan parlamentində qərar qəbul edilib. 

Məlumatı “Sputnik Qruziya” verib. 

Parlamentin spikeri Şalva Papuaşvili bildirib ki, Kobaxidzeni 84 deputat dəstəkləyib.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri bu il oktyabrın 26-da keçirilib. “Gürcü arzusu” Partiyası daha çox səs qazanaraq qalib olub. 

P.ƏMİRCANOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью