İrakli Qaribaşvili sükutu pozdu: “Gürcü Arzusu”na qarşı mübarizəyə başladı

19.08.2026

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gürüstanın sabiq baş naziri İrakli Qaribaşvilinin “Gürcü Arzusu” Partıyasına qarşı mubarizəyə başladığı bildirilir. 

“Cebheinfo.az” xəbər verir ki, onun şəxsi “Facebook” hesabındakı paylaşımı müzakirə olunur:

“Həbsxanada olmağımın səbəbini ictimaiyyətə demək istəyirəm. Keçən il başladılan "korrupsiyaya qarşı mübarizə" kampaniyasının əsas məqsədi məni həbsxanaya salmaq və siyasi cəhətdən məhv etmək idi. 

Tam məsuliyyətlə bəyan edirəm ki, komanda və mənə əziz olan bir insanla qarşıdurmaya girməmək üçün hər şeyi etmişəm. Məhz bu məqsədlə hüquqi mübarizədən imtina etdim, dövlətin və komandanın maraqlarına xələl gətirməmək üçün dağıdıcı prosesi sona qədər özüm üçün izlədim. Təəssüf ki, bunun müqabilində səhnələşdirilmiş təxribat, çoxlu yalan və ədalətsizlik aldım”. 

Sabiq baş nazir xatırladıb ki, bütün bu müddət ərzində ictimaiyyətə heç nə açıqlamayıb: 

“Bu sınaqdan tam səbirlə keçdim. Amma gözlənilmədən iyul ayında dünən dərc etdiyim və Mamuka Mdinaradze tərəfindən mənə göndərilən bir məktub aldım. 

Elə həmin gün onlara mövqeyimi izah etdim, bir daha siyasətə qayıtmayacağımı təsdiqlədim və bu "riskdən" sığortalanmaq üçün vizyonumu təklif etdim. Amma cavab olaraq mənə dedilər ki, siyasətə qayıtmaq riskim hələ də 1% olaraq qalır və bunun üçün mənə qarşı korrupsiya ittihamları irəli sürülüb, bunu etiraf etmək lazımdır”. 

Syaisətçi bildirib ki, bu, onun üçün qırmızı xətt idi: 

“Buna görə də başqa seçimim olmadığı üçün mübarizəyə başlamağa məcburam...”

Xaırladaq ki, Gürcüstanın qanunsuz gəlirlərin leqallaşdırılmasında ittiham olunan keçmiş baş naziri İrakli Qaribaşvili 5 il müddətinə azadlıqdan məhrum edilib.

“Ona əlavə cəza olaraq 1 milyon lari (630 min AZN) məbləğində cərimə təyin edilib. İrakli Qaribaşvili günahını etiraf edib və prosessual sazişin şərtləri ilə razılaşıb”, - deyə Baş Prokurorluğun  zaman yaydığı bəyanatda deyilir.

Prokurorluq vurğulayıb ki, məhkəmə artıq keçmiş hökumət başçısı üçün həbs seçilməsi barədə ittiham tərəfinin vəsatətini təmin edib. Eyni zamanda məhkəmə onun evində aşkar edilmiş pulların dövlətin xeyrinə müsadirə edilməsi barədə qərar çıxarıb.

İ.Qaribaşvili 2013-2015-ci və 2021-2024-cü illərdə Gürcüstanın Baş naziri olub. 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью