İran 1200 km lik mənzilli raketini sınaqdan keçirdi

05.05.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

İran 1200 kilometr mənzilə malik yeni nəsil “Qassem Basir” ballistik raketinin sınağını uğurla həyata keçirib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı ölkənin “Mehr” agentliyi yayıb.

Məlumata görə, yeni raket modeli ötən il İsrailə qarşı həyata keçirilən “True Promise 1 və 2” adlı cavab əməliyyatlarından əldə olunan təcrübə əsasında hazırlanıb və yüksək manevr qabiliyyəti ilə seçilir. Raket konkret hədəfləri müəyyən edib vurmaq qabiliyyətinə malikdir və GPS sistemi olmadan da işləyə bilir.

İranın müdafiə naziri Əziz Nəsirzadə məsələ ilə bağlı bildirib:

“Biz qonşularımızla düşmən deyilik, onlar bizim qardaşlarımızdır. Lakin əgər onların ərazisində Amerika bazaları yerləşərsə, həmin obyektlər bizim potensial hədəfimiz olacaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью