İran 15 günlük müharibədə ABŞ yə vurduğu ziyanı açıqladı

27.07.2026

Icma.az, Yeniavaz saytına istinadən bildirir.


8-15 iyul tarixlərində baş verən döyüşlər zamanı İran ABŞ-yə 20 milyard dollar maddi ziyan vurub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xüsusi nümayəndəsi general Hüseyn Mohebbi “Tasnim” agentliyinə verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, 15 gün ərzində İran onlarla komandanlıq mərkəzinə, hava hücumundan müdafiə sistemlərinə, radar stansiyalarına, rabitə mərkəzlərinə, sursat anbarlarına, logistika obyektlərinə, təyyarə anqarlarına, qırıcı təyyarələrə, dronlara və köməkçi texnikalara zərbələr endirib.
Bu qiymətləndirməyə görə, məhv edilmiş və zədələnmiş texnika və qurğuların ümumi dəyəri təxminən 20 milyard dollar hesablanıb.
Maliyyə zərərinin ən böyük hissəsi “Patriot” hava hücumundan müdafiə raket sistemlərinə aid edilib. SEPAH dörd “Patriot” sistemini və altı radar stansiyasını məhv etdiyini iddia edib. Onların dəyəri təxminən 5,3 milyard dollar qiymətləndirilir.
Digər tərəfdən, SEPAH İranın 8 iyuldan bəri Yaxın Şərqdəki bazalarda 200-dən çox Amerika əsgərini öldürdüyünü iddia edib.
ABŞ-nin heç bir rəsmi mənbəsi hələlik bu rəqəmləri təsdiq və ya təkzib etməyib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью