Icma.az, Reyting.az portalına istinadən məlumat verir.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-İsrail hədəflərinə 17-ci hücum dalğasını həyata keçirib.
Reyting.az “Tasnim” agentliyinə istinadla bildirir ki, ABŞ və İsrail hədəflərinə qırx raket atılıb.
Xatırladaq ki, ABŞ və İsrail 28 fevraldan İran ərazisinə hücum edərək dağıntılara və insan tələfatına səbəb olublar. Cavab olaraq İran İsrailə və bölgədəki ABŞ hərbi bazalarına raket zərbələri endirib. İranın ali lideri Ayətullah Əli Seyid Xamnəi və digər yüksək vəzifəli İran rəsmiləri də İsrail-ABŞ hücumunda öldürülüblər.
2 martda “Hizbullah” da İsrailə qarşı müharibəyə qoşulub. İsrail “Hizbullah”a qarşı hücumun başladığını elan edib və cənubi Livana daxil olub.
ELÇİN