İran 21 gün ərzində nələr itirib? Statistika

21.03.2026

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrail və ABŞ mənbələrinə görə, müharibənin başladığı 3 həftə ərzində 3000-dən çox təhlükəsizlik qüvvəsi öldürülüb, 48 siyasi lider qətlə yetirilib, 20 hərbi təyyarə vurulub, 1 sualtı qayıq batırılıb.

Axar.az xəbər verir ki, bu barədə politoloq Heydər Oğuz qeyd edib.

O bildirib ki, ən azı 1 F-4E, 2 F-5E, 2 Su-22M4 və Qətərin məlumatına görə, 2 Su-24MK məhv edilib:

“İran Qırmızı Aypara Cəmiyyətinin məlumatına görə, ölü sayı 555, yaralı sayı isə 787-dir. İran Siyasi Haqları Aktivistlərinin (HRANA) iddiasına görə isə ən azı 4765 nəfər öldürülüb. Bunların böyük əksəriyyəti yüksək rütbəli zabitlərdir. Aralarında onlarla general da var.

İsrail və ABŞ-a görə İsraildə: 12 nəfər həlak olub, 11 nəfər itkin düşüb, 1473 nəfər yaralanıb.

ABŞ: 13 hərbçi həlak olub, ən azı 150 nəfər yaralanıb, 3 F-15E vurulub (Dost atəşi ilə), bir F-35-ə zərər dəyib.

İrana görə: ABŞ - 650 hərbçi həlak olub və ya yaralanıb”.

Politoloq vurğulayıb ki, bu statistika kimin nə qədər üstün olduğunu açıq şəkildə ortaya qoyur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью