İran 300 kiloqram partlayıcısı olan raketlə Bеer Şevanı vurub İsrail

20.06.2025

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İsrailin 12-ci televiziya kanalı Bеer-Şevaya düşən raketlə bağlı detalları açıqlayıb.

Ölkə.Az kanala istinadən xəbər verir ki, iyunun 19-da Soroka hərbi hospitalı yaxınlığında partlayan raketlə budəfəki zərbə arasında oxşarlıq var.

Bildirilir ki, İran istehsalı olan raketdə təxminən 300 kiloqramlıq partlayıcı maddə yerləşdirilib. Raketin xüsusiyyəti isə partlayış zamanı geniş əraziyə saçılan döyüş sursatları ilə təchiz olunmuş döyüş başlığına malik olmasıdır. Bu cür dizayn, zərbənin təkcə bir nöqtəyə deyil, daha geniş əhatəyə dağıdıcı təsir göstərməsinə imkan yaradır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью