İran 3cü hücumun anonsunu verdi

05.12.2024

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“İran vədini yerinə yetirəcək və İsrailin oktyabrın 26-da İslam Respublikası ərazisindəki hərbi obyektlərə endirdiyi zərbələrə cavab verəcək”. 

“Cebheinfo.az”-ın məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusunun komandanının müavini general Əli Fədəvi belə deyib.

“Gözləmək çox xoş bir şeydir və həqiqi mömin adamın əlamətidir. Qoy insanlar bu əməliyyatın baş tutmasını gözləsinlər. İndiyədək inqilab liderlərinin və İnqilab  Keşikçiləri Korpusunun bütün həqiqi vədləri yerinə yetirilib.

“Bu da yerinə yetəcək”, - deyə Fədavi “Doğru vəd 3” əməliyyatının nə vaxt həyata keçiriləcəyi sualına cavab verib.

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью