İran 400 ilə yaxın problem yaşamadığı Türkiyə ilə regional üstünlük mövzusunda fikir ayrılığı yaşaya bilər”

06.03.2025

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Türkyə Cümhuriyyətinin Xarici işlər naziri Hakan Fidanın İranın regional siyasətini sərt tənqid etməsi iki ölkə arasında gərginliyə səbəb olub. İranın regional siyasətinin yanlış olduğunu deyən nazir bu siyasətin bəzən qələbələr gətirə biləcəyini, lakin uzunmüddətli perspektivdə bunun İran və region üçün ağır bədəli olduğunu bildirib. Nazir qeyd edib ki: “Əgər siz (İran - red.) başqa ölkədə bir qrupa dəstək verməklə iğtişaşlar yaratmağa cəhd etsəniz, başqa ölkə də ölkənizdəki qruplara dəstək verməklə sizi narahat edəcək”. Bu da o deməkdir ki, artıq dünyada heç bir şey gizli qalmayacaq. Başqalarının da sizin kimi qabiliyyətləri var. Sizin şüşənizə daş atılmasını istəmirsinizsə, başqalarının şüşəsinə daş atmayın." Fidanın açıqlamaları İranın siyasi dairələrində ciddi narazılıq yaradıb. Məsələ ilə bağlı ilk açıqlamanı İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi verib. Nazirlik sözçüsü qeyd edib ki, bəzi türk tərəfdaşları həyata keçirdikləri siyasətin nəticələri haqqında daha dərindən düşünməlidirlər.

Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin müəllimi, professor Kərəm Qarabulud Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, başda Suriya olmaqla, İran regional problemlərin həlli üçün Türkiyə və Rusiyanın başlatdığı Astana prosesi arzuladıqları nəticəni vermədikdə və Suriyadakı proseslər İranın əleyhinə yönəldikdə İran müəyyən mənada təcrid vəziyyətinə düşdü.

Kərəm Qarabulud

“Rusiyanın ABŞ və Türkiyə ilə əlaqələr qurmasının Suriyada ön plana çıxması İran baxımından arzuolunan vəziyyət deyil. Trampın ABŞ seçkilərində qalib gəlməsi İran üçün də arzuolunan vəziyyət deyildi. Bütün bu hadisələr İranı müxtəlif yollar və üsullar inkişaf etdirməyə məcbur edir. Bu səbəbdən də, ən mühüm qonşusu və 400 ilə yaxındır heç bir problem yaşamadığı Türkiyə ilə regional üstünlük mövzusunda fikir ayrılıqları yaşaya bilər”-deyən professor qeyd edib ki, bu cür fikir ayrılıqları əbədi davam etmir, çünki iki ölkə İslam coğrafiyasında ən böyük ölkələrdir.

“Mövcud şərtlər ehtimalı artırır ki, onlardan biri böyük problemlərlə üzləşsə, digəri də eyni nəticə ilə üzləşə bilər. Bu səbəbdən iki ölkə arasında zaman-zaman ziddiyyətli maraqlar yaşansa da, bu vəziyyər böyük düşmənçiliyə çevrilmir. Eyni zamanda İran əhalisinin təxminən 40%-nin Türk olması da iki ölkənin münaqişə etməməsini zəruri edir. Demək olar ki, Türkiyə üçün deyilən bütün səbəblər Azərbaycan üçün də keçərlidir”-deyə Kərəm Qarabulud bildirib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью