İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib

11.06.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 11 iyun, AZƏRTAC

İranda həbsdə olan 408 Əfqanıstan vətəndaşı cəzalarının qalan hissəsini çəkmələri üçün ölkələribə təhvil verilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Əfqanıstan Həbsxanalar İdarəsinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, məhbuslar İran hakimiyyəti tərəfindən humanitar jest çərçivəsində qərbi Herat əyalətindəki İslam Qala sərhəd-keçid məntəqəsi vasitəsilə Əfqanıstana təhvil verilib.

Bildirilib ki, köçürülmə məhbusların vətənlərinə qayıtmaq istəkləri nəzərə alınmaqla həyata keçirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью