Azpost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Trampın sözlərinə görə, 2026-cı il fevralın 28-də “Epik qəzəb” (Epic Fury) əməliyyatı başlayandan bəri İran 8-9 min pilotsuz uçuş aparatı (PUA) buraxıb. Onlardan yalnız ikisi hədəfə çataraq amerikalıların ölümünə səbəb olub. Hər iki zərbə əməliyyatın ilk günü Küveyt və Səudiyyə Ərəbistanı ərazisinə endirilib.
Azpost.info bildirir ki, bu barədə Donald Tramp özünün “Truth Social” hesabında yazıb.
“Eyni şəkildə, İran təxminən 2 min ballistik raket buraxıb. Onlardan yalnız biri hədəfə çataraq amerikalıların ölümünə səbəb olub (İordaniya).
İranın raket və dronlarının 99,99 faizi vurulub və ya ən azı amerikalıların ölümünə səbəb olmayıb. ABŞ Mərkəzi Komandanlığının müdafiə tədbirləri tarixən effektiv olub. Dünyada heç kim belə imkanlara malik deyil”, – deyə Tramp bildirib.
Post navigationPrevious: Ehtiyac meyarı niyə 314 manat olmalıdır? – İqtisadçıdan hökumətə çağırış