Icma.az, Marja.az saytına istinadən bildirir.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının girişində ABŞ-a məxsus pilotsuz sualtı aparatı ələ keçirdiyini açıqlayıb.
Qurumun yaydığı yazılı açıqlamada bildirilir ki, bu gün sübh saatlarında həyata keçirilən “mürəkkəb əməliyyat” nəticəsində ABŞ-a məxsus qabaqcıl pilotsuz sualtı aparat Hörmüz boğazının girişində aşkarlanaraq ələ keçirilib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Açıqlamada iddia olunur ki, sözügedən aparat 2025-ci ildə ABŞ donanmasına təhvil verilib və qabaqcıl sualtı texnologiyalarla təchiz olunan “ən müasir ağıllı və pilotsuz sualtı vasitələrdən biri”dir.
İran İslam İnqilabı Keşikçiləri Korpusu aparatın ələ keçirilməsini əks etdirən görüntülərin yaxın saatlarda yayımlanacağını bildirib.
Pilotsuz sualtı aparat — insan iştirakı olmadan su altında hərəkət edən, kənardan idarə olunan və ya özü-özünə qərar verən xüsusi robot sistemdir. Bu aparatlar sualtı dron və ya sualtı robot kimi də tanınır.