İran ABŞ a qırmızı xətlərini Pakistan vasitəsilə çatdırdı

27.04.2026

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İranın xarici işlər naziri Abbas Əraqçinin Pakistan vasitəsilə ABŞ-a ölkəsinin nüvə proqramı, Hörmüz boğazı və digər məsələlərlə bağlı “qırmızı xətlər”ini əks etdirən məktub göndərdiyi bildirilir.

Turkustan.az xəbər verir ki, İranın yarı-rəsmi Fars Xəbər Agentliyinin məlumatına görə, Oman səfərindən sonra Pakistana ikinci dəfə səfər edən Əraqçi bu ölkə vasitəsilə Vaşinqtona sözügedən mesajı çatdırıb.

Səfər çərçivəsində Əraqçinin İslamabadda Pakistan Ordusunun Qərargah rəisi Asim Munir ilə görüşdüyü də açıqlanıb.

İran mediası qeyd edir ki, xarici işlər naziri Omanda yüksək səviyyəli görüşlərdən sonra Pakistana qayıdıb. Bildirilib ki, bu səfər nüvə danışıqları ilə birbaşa bağlı deyil, əvvəlki müzakirələrin davamı xarakteri daşıyır.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью