İran ABŞ bazalarını vurdu bölgədə gərginlik pik həddə

19.03.2026

Icma.az bildirir, Dogru.az portalına istinadən.

İran qüvvələri ABŞ-ın Küveyt, BƏƏ və Bəhreyn ərazisində yerləşən hərbi bazalarına raket və dronlarla hücum edib. Bu barədə Press TV telekanalı İslam İnqilabı Keşikçiləri Korpusu-nun bəyanatına istinadən məlumat yayıb.

Doğru.az xəbər verir ki, daha əvvəl İran qüvvələrinin Səudiyyə Ərəbistanı ərazisində ABŞ qırıcı təyyarələrinin yanacaq ehtiyatlarını məhv etdiyi bildirilmişdi.

İİKK həmçinin İsrail-in dörd şəhərinə və Yaxın Şərqdə yerləşən Amerika hərbi bazalarına zərbələr endirildiyini açıqlayıb.

Məlumata görə, İran bu hücumları Əli Laricani-yə qarşı həyata keçirilən sui-qəsdə cavab olaraq reallaşdırıb. Tehran həmçinin Ben Qurion hava limanı ərazisində yanacaq dolduran təyyarələri də hədəf alıb.

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью