İran ABŞ danışıqlarında onlar iştirak edəcək

08.04.2025

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

İranın xarici işlər naziri Abbas Əraqçi aprelin 12-də Omanda ABŞ Prezidentinin elçisi Stiv Vitkoffla dolayı danışıqlarda iştirak edəcəyini təsdiqləyib.

“Cebheinfo-az”-ın məlumatına görə, bu barədə “Tasnim” agentliyi xəbər yayıb. “Şənbə günü Omanda İran və ABŞ arasında dolayı danışıqlar başlayacaq. İranın xarici işlər naziri Abbas Əraqçi və ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff dolayısı ilə danışıqlar aparacaq. Əraqçi xəbəri təsdiqləyib” -məlumatda belə deyilir.

Qeyd edək ki, 2025-ci il oktyabrın 18-də ABŞ-nin 2018-ci ildə sazişdən çıxmasından sonra İranın qismən imtina etdiyi Birgə Hərtərəfli Fəaliyyət Planının  müddəti başa çatır. Üzv ölkələr yeni sənədin olmamasından narahat olduqlarını bildirirlər.

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью