İran ABŞ danışıqlarında qərarı kim verir? Tehrandan Vaşinqtona irad

20.10.2026

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

İranla ABŞ arasında vasitəçilik edən tərəflər Vaşinqtonda danışıqlarla bağlı qərarları kimin qəbul etdiyini müəyyənləşdirə bilmirlər.

Modern.az xəbər verir ki, bunu “Tasnim” agentliyinə İranın təhlükəsizlik strukturlarındakı yüksəkvəzifəli mənbə bildirib.

Mənbənin sözlərinə görə, bu qeyri-müəyyənlik danışıqlar prosesində durğunluğa səbəb olur.

“ABŞ-nin hakim dairələrində bu səlahiyyətin məhz kimə, Cey Di Vensə, Stiv Uitkoffa, Marko Rubioya, yoxsa Cared Kuşnerə verildiyi tamamilə aydın deyil”, – mənbə qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью