Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İran xarici işlər naziri Abbas Arakçı və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun iştirakı ilə İran və ABŞ arasında dolayı danışıqların növbəti mərhələsi aprelin 26-da keçiriləcək.
Axar.az xəbər verir ki, bu barədə Arakçı İranın dövlət televiziyasına müsahibəsində bildirib.
"Gələn şənbə günü biz ekspertlərin işinin nəticələrini müzakirə etmək üçün Omanda yenidən görüşəcəyik", - Arakçı bildirib.
Qeyd edək ki, bu gün İran-ABŞ danışıqlarının ikinci raundu Romada keçirilib.