Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp İranın ABŞ-yə hücum etməzdən əvvəl Avropaya zərbə endirə biləcəyini iddia edib.
Redaktor.az xəbər verir ki, Tramp bu barədə Ağ Evin rəsmi “YouTube” kanalında yayımlanan çıxışı zamanı danışıb.
“İran, ehtimal ki, San-Dieqo və Los-Anceles kimi şəhərlərə zərbələr endirə bilərdi, çünki raketin uçuş marşrutu daha əlverişlidir. Çox güman ki, onlar bizdən əvvəl Avropaya zərbə endirərdilər”, - deyə ABŞ lideri bildirib.
Trampın sözlərinə görə, hazırda Tehrandan qaynaqlanan belə bir hücum təhlükəsi artıq mövcud deyil.
Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Məsud Pezeşkian ikitərəfli görüş zamanı iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərini müzakirə ediblər.
Xədicə BAXŞILI