İran ABŞ gəmiləri ilə bağlı iddia yaydı

05.10.2026

Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi, kontr-admiral Əli Fədavi İran qüvvələrinin ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmiləri ölkə sahillərindən təxminən 1000 kilometr uzaqlaşmağa məcbur etdiyini bildirib.

Azpost.info bildirir ki, bu barədə Press TV məlumat yayıb.

“Amerikalılar qaçaraq sərhədlərimizdən 1000 kilometrdən çox uzaqlaşdılar. Bu, onların seçimi deyildi. Bu, İslam Respublikasının qüdrəti və SEPAH-ın quru qoşunlarının gücü sayəsində baş verdi”, – Fədavi telekanala müsahibəsində deyib.

Onun sözlərinə görə, ilk dəfə olaraq Fars körfəzində, Hörmüz boğazında, Oman körfəzində və hətta Hind okeanının şimal hissəsində heç bir ABŞ hərbi gəmisi qalmayıb.

Fədavi həmçinin ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinin SEPAH-ın raket hücumları qarşısında “100 faiz həssas” olduğunu iddia edib.

ABŞ-ın İran limanlarına blokadası davam edir

Fədavinin açıqlaması ABŞ Hərbi Dəniz Qüvvələrinin İran limanlarına qarşı sərt dəniz blokadasını davam etdirdiyi bir vaxtda səslənib.

ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) ötən həftə bildirib ki, blokada rejiminə ciddi riayət olunmasını təmin etmək məqsədilə iyul ayından etibarən İran limanlarına daxil olmağa və ya limanlardan çıxmağa çalışan 125 kommersiya gəmisinin qarşısını alıb.

Beləliklə, Tehran ABŞ hərbi gəmilərinin bölgədən uzaqlaşdığını bildirərkən, Vaşinqton İran limanlarına qarşı dəniz blokadasını davam etdirdiyini açıqlayır.

N.Talıblı

AzPost.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью