İran ABŞ hökumətinin qarşısında yeddi şərti qoyub

20.09.2026

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Hər hansı bir müzakirənin başlaması üçün İranın yeddi şərti ABŞ hökumətinə elan edilib.

Bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai "X" sosial şəbəkə hesabında yazıb.

"Tehranın mesajı aydın və birmənalıdır: əgər Vaşinqton özünün yaratdığı çıxılmaz vəziyyətdən çıxmaq istəyirsə, İranın hüquqlarını və şərtlərini qəbul etməkdən başqa yolu yoxdur", - general bildirib.

Qeyd edək ki, İranın Hörmüz boğazının açılması və ABŞ ilə münasibətlərin nizamlanması üçün irəli sürdüyü yeddi əsas şərt bunlardır: hərbi əməliyyatların dayandırılması; dondurulmuş aktivlərin azad edilməsi; dəniz blokadasının ləğvi; iqtisadi və siyasi sanksiyaların ləğv olunması; ABŞ-nin dəniz və hava qüvvələrinin bölgədən çıxarılması; müharibə təzminatının ödənilməsi; təhdid və təhqirlərin dayandırılması.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью