İran ABŞ ı hədələdi: Cavab sərt olacaq!

27.06.2026

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

ABŞ regiondakı öz proksi qüvvələrinin hərəkətlərini dəstəkləməklə anlaşma memorandumunun birinci maddəsini, Hörmüz boğazında gərginlik yaratmağa davam etməklə isə beşinci maddəsini pozub.

Axar.az xəbər verir ki, bu barədə İranın ali liderinin hərbi müşaviri Möhsün Rzayi X səhifəsində yazıb.

“Anlaşma memorandumunun istənilən maddəsinin pozulmasına cavab sürətli və qətiyyətli olacaq”, - M.Rzayi əlavə edib.

Qeyd edək ki, gecə saatlarında ABŞ və İran bir-birilərinə qarşılıqlı zərbələr endirib. Bir müddət əvvəl isə Tehranda partlayışlar olması ilə bağlı məlumat yayılsa da, rəsmi açıqlama verilməyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью