İran ABŞ ı ittiham etdi: Hərbi itkilərin real sayı gizlədilir

21.07.2026

Azxeber.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ Müdafiə Nazirliyinin İranın ABŞ qüvvələrinə qarşı hücumları zamanı baş verən hərbi itkilərin real sayını gizlətdiyini iddia edib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, SEPAH-ın açıqlamasında xüsusilə İordaniyada yerləşən ABŞ bazasına hücumlar zamanı çox sayda amerikalı hərbçinin öldüyü və Pentaqonun açıqladığı rəqəmlərin gerçəyi əks etdirmədiyi bildirilib.

Qeyd edək ki, daha əvvəl "The New York Times” qəzeti Pentaqonun İranın son dövrlərdə ABŞ qüvvələrinə qarşı həyata keçirdiyi hücumlar və nəticədə çox sayda hərbçinin yaralanması barədə məlumatları ictimaiyyətdən gizlətdiyini iddia etmişdi.

ABŞ Müdafiə Nazirliyinin sözçüsü Sean Parnell isə açıqlamasında iyulun 7-dən etibarən təxminən 100 nəfərin müxtəlif dərəcəli xəsarət aldığını bildirib. Onun sözlərinə görə, yaralananların 96 faizi artıq xidmətə qayıdıb.

Qeyd edək ki, ABŞ indiyədək hücumlar nəticəsində 3 hərbçinin öldüyünü açıqlayıb.

Gülay

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью