İran ABŞ ilə danışıqlara başlamaq üçün şərt irəli sürdü

30.06.2026

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

İran ABŞ ilə yekun razılaşmaya dair danışıqlara yalnız İran-ABŞ memorandumunun müvafiq bəndləri yerinə yetirildikdən sonra başlayacaq.

Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bildirib.

"ABŞ ilə görüş məqsədyönlü və zəruri olmalıdır. Əgər biz yekun razılaşma üzrə danışıqların başlanmasından danışırıqsa, bu, qarşılıqlı anlaşma memorandumunun 1, 5, 10 və 11-ci bəndlərinin icrasından birbaşa asılıdır", – o deyib.

E.Baqai əlavə edib ki, yaxın günlərdə cari proseslər qiymətləndiriləcək və yekun danışıqlara başlamaq üçün optimal vaxt müəyyən ediləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью