İran ABŞ ilə danışıqlara zəmin hazırlayır

27.11.2024

Operativ MM saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İran xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi ABŞ ilə gələcək ikitərəfli danışıqlar üçün zəmin hazırlamaq üçün Osloya səfər edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Farhikhtegan” qəzeti məlumat yayıb.

Məlumata görə, Norveç tərəfi Tehran və Vaşinqton arasında gələcək birbaşa dialoqun təməlini hazırlamaq üçün belə bir təşəbbüslə çıxış edib.

Eyni zamanda, ikitərəfli danışıqlar üçün şəraitin həqiqətən də yaradılıb-yaratılmaması ilə bağlı şübhələrin olduğu qeyd edilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью