Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İranın BMT-dəki missiyası Tehranın ABŞ ilə dialoqa hazır olduğunu bildirib.
"Report" xəbər verir ki, qurum bu barədə "X" hesabındakı paylaşımında məlumat yayıb.
"Keçən dəfə ABŞ Əfqanıstan və İraqda müharibələrə başlayanda 7 trilyon dollardan çox vəsait xərclədi və 7 mindən çox amerikalı həlak oldu. İran qarşılıqlı hörmət və maraqlar əsasında dialoqa hazırdır - lakin ona təzyiq göstərilərsə, özünü müdafiə edəcək və cavabı son dərəcə sərt və qətiyyətli olacaq!", - paylaşımda qeyd olunur.