Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ doğrudan da razılığa gəlmək üçün həqiqi dialoqa girməyə hazırdırsa, Tehran ABŞ administrasiyası ilə danışıqlara açıqdır.
"Report"un məlumatına görə, bunu İran Məclisinin (birpalatalı parlament) spikeri Məhəmməd Baqer Qalibaf CNN-ə müsahibəsində bildirib.
"Əgər bunlar beynəlxalq normalar çərçivəsində razılığa gəlmək üçün həqiqi danışıqlardırsa, onda bəli. Lakin bunlar ABŞ Prezidentinin (Donald Trampın) axtardığı danışıqlar deyil; o, sadəcə öz iradəsini başqalarına qəbul etdirmək istəyir", - o bildirib.
"Hesab edirəm ki, əgər Tramp həqiqətən dürüstdürsə, Nobel sülh mükafatını qazanmaq istəyirsə, o, əsl sülhə can atmalı və əvvəlcə özünü müharibəni qızışdıranlardan, İranın təslim olmasını istəyənlərdən azad etməlidir", - İran parlamentinin spikeri əlavə edib.
O qeyd edib ki, Tramp İranla müharibəyə başlaya bilər, lakin onun nəticəsini idarə edə bilməz. "Evindən minlərlə kilometr uzağa (Yaxın Şərqə) göndərilən minlərlə Amerika əsgəri mütləq əziyyət çəkəcək. Bu, yaxşı deyil", - o, fikirlərini yekunlaşdırıb.