Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 2 noyabr, AZƏRTAC
İran ABŞ ilə mümkün yeni hərbi münaqişənin əvvəlki qarşıdurmadan daha uzun davam edə biləcəyini bəyan edib.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın hərbi sözçüsü, briqada generalı Məhəmməd Əkrəminiya bildirib. Onun sözlərinə görə, mümkün müharibənin başa çatma vaxtını və şərtlərini ABŞ Prezidenti müəyyən edə bilməyəcək.
İRNA agentliyinin məlumatına görə, İranın Ali Lideri ölkənin ali hərbi komandanlığı ilə görüşərək yeni hərbi əməliyyatlara hazırlıqla bağlı strateji göstərişlər verib.
O, həmçinin mümkün hərbi qarşıdurma zamanı ABŞ və İsraildəki potensial hədəflərin siyahısının yenilənməsini və bu ölkələrdən gələcək təhdidlərə dərhal cavab verilməsini tapşırıb.