Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İran İnqilab Keşikçiləri (SEPAH) ilə əlaqəli "Fars" xəbər agentliyi ABŞ ilə mümkün razılaşmanın vaxtı və yeri ilə bağlı yayılan məlumatları təkzib edib.
Redaktor.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
Məlumata görə, İran tərəfi nəzərdən keçirmə və qərar qəbuletmə prosesinin hələ yekunlaşmadığını bildirib.
Bildirilib ki, bəzi mediada razılaşmanın bazar günü elan ediləcəyi və ya imzalanma mərasiminin Cenevrədə keçiriləcəyi ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir.
Agentlik həmin məlumatları “tamamilə yalan” adlandıraraq rədd edib.
Aminə ŞAHSUVARQIZI