Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İran ABŞ-lə sazişlə bağlı iddiaları təkzib edib.
Redaktor.az xəbər verir ki, bu barədə Islamic Republic News Agency (IRNA) məlumat yayıb.
Məlumata görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, İranın əvvəlki danışıqlar zamanı ABŞ sazişini müzakirə etməkdən imtina etməsi ilə bağlı səsləndirilən iddialar həqiqəti əks etdirmir.
Bəqai deyib: “Danışıqlar prosesi ilə bağlı səsləndirilən fikirlər, son mərhələdə bizə müəyyən məsələnin təqdim olunduğu və bizim bunu qəbul etmədiyimizi iddia etmələri yalandan başqa bir şey deyil”.
Sözçü konkret olaraq hansı məsələdən danışdığını dəqiqləşdirməyib.
Aminə ŞAHSUVARQIZI