İran ABŞ ilə razılaşma üçün nüvə proqramını dayandıra BİLƏR

03.02.2026

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

İran ABŞ ilə razılaşma əldə etmək üçün nüvə proqramını dayandırmağa və ya tamamilə bağlamağa hazır ola bilər.

Redaktor.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Tehranın ABŞ ilə mümkün razılaşma çərçivəsində nüvə proqramının dondurulmasına və ya ləğvinə razılıq verməsi ciddi güzəşt hesab olunur. Bununla belə, İran hakimiyyəti münaqişənin ABŞ-nin da iştirakı ilə nüvə enerjisi istehsalı üzrə regional konsorsiumun yaradılması yolu ilə həllini daha məqsədəuyğun sayır. Bu barədə NYT-yə adları açıqlanmayan iki iranlı rəsmi məlumat verib.

Digər mənbələrin bildirdiyinə görə, iki ölkə arasında planlaşdırılan danışıqlarda İranın xarici işlər naziri Abbas Əraqçi, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff, ABŞ liderinin kürəkəni Cared Kuşner, eləcə də Türkiyə, Qətər və Misirdən olan yüksəkvəzifəli rəsmilər iştirak edəcəklər.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью