İran ABŞ ilə razılaşmanın imzalanacağı tarixlə bağlı məlumat yaydı

13.06.2026

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ ilə İran arasında İslamabad danışıqları nəticəsində hazırlanan memorandum müharibənin dayandırılmasına yönəlib.

"Yeni Sabah" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.

"Hazırda nəzərdən keçirilən İslamabad memorandumu müharibənin dayandırılmasına yönəlib və bu mərhələdə nüvə məsələsini müzakirə etməmək qərara alınıb", - o əlavə edib. pizza sifarişi

Bəqainin sözlərinə görə, memorandumun imzalanmasının dəqiq vaxtı məlum deyil: "Hərçənd bu, sabah olmayacaq, imzalanmanın yaxın günlərdə baş verməsi ehtimalı istisna edilmir. Bununla belə, qarşı tərəfin qeyri-sabitliyi səbəbindən bu proseslə bağlı istənilən bəyanatlarda ehtiyatlı olmaq lazımdır"./Report


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью