İran ABŞ ın Bağdaddakı bazasına zərbə endirdi ANBAAN VİDEO

04.03.2026

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Bu gün İranın Bağdad beynəlxalq hava limanı yaxınlığındakı ABŞ ordusunun istifadə etdiyi Viktoriya logistika bazasına hücum edib.
Bizim.Media xəbər verir ki, bu barədə “SNN.ir” nəşri məlumat yayıb. Məlumata görə, hücum ən azı bir pilotsuz uçuş aparatından istifadə edilərək həyata keçirilib.
Hədəf alınan obyekt ABŞ qüvvələrinin istifadə etdiyi “Camp Victory” kompleksinə daxil olan Viktoriya logistika bazasıdır.
 

Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb.


İranın raket hücumları təkcə İsraili deyil, həm də Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Qətər və İordaniya da daxil olmaqla, ABŞ hərbi obyektlərinə ev sahibliyi edən region ölkələrini hədəf alıb.
Martın 2-də isə Hizbullah İsrailə qarşı müharibəyə başladığını elan edib. Buna cavab olaraq, İsrail qruplaşmanın mövqelərinə zərbələr endirib və Livanda quru əməliyyatlarına başlayıb.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью