Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İyulun 17-dən etibarən İran Silahlı Qüvvələri bölgədə yerləşən ABŞ hərbi bazalarında olan 11 ABŞ qırıcı təyyarəsini məhv edib.
Axar.az xəbər verir ki, bunu SEPAH-ın sözçüsü Hüseyn Mohabbi “Tasnim”ə bildirib.
Onun sözlərinə görə, SEPAH F-15 qırıcısını, P-8 Poseidon kəşfiyyat təyyarəsini, C17 hərbi-nəqliyyat təyyarəsini və 8 yanacaq dolduran təyyarəni sıradan çıxarıb.
Mohabbinin verdiyi məlumata görə, İranın endirdiyi zərbələr zamanı 17 kəşfiyyat və döyüş PUA-sı da məhv edilib.