İran ABŞ ın F 16 qırıcısını vurduğunu iddia edir pilot təcili eniş edib

21.11.2026

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

İran ordusu ABŞ-a məxsus F-16 qırıcı təyyarəsinin hava hücumundan müdafiə qüvvələrinin atdığı raket nəticəsində zədələndiyini açıqlayıb.

Sherg.az xəbər verir ki, bu barədə İran dövlət teleradio şirkəti ölkə ordusunun mətbuat xidmətinə istinadən məlumat yayıb.

İran hərbçilərinin iddiasına görə, hadisə noyabrın 20-də axşam saatlarında ölkənin cənubunda, Fars körfəzi üzərində baş verib. Hava hücumundan müdafiə qüvvələri ABŞ təyyarəsini aşkar etdikdən sonra ona raket atıb. Raketin F-16 qırıcısının yaxınlığında partladığı və təyyarəyə zərər vurduğu bildirilir.

Tehranın məlumatına əsasən, pilot məcburi eniş edərək bölgədəki ən yaxın hava limanına enməli olub.

“Reuters” agentliyinin məlumatına görə, ABŞ hərbçiləri İranın qırıcının zədələnməsi ilə bağlı iddiasını hələlik təsdiqləməyiblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью