Ayna saytından verilən məlumata görə, Icma.az xəbər verir.
SEPAH ABŞ Hərbi Dəniz Qüvvələrinin iki esminesinə raket zərbələri endirib
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ Hərbi Dəniz Qüvvələrinin iki esminesinə raket zərbələri endirdiyini açıqlayıb.
AYNA.AZ “Press” TV-yə istinadən bildirir ki, məlumatda deyilir: "SEPAH ABŞ-ın İran neft tankerləri və gəmilərinə qarşı aqressiv hərəkətlərinə cavab olaraq, kruiz raketləri və “Aegis” raketdən müdafiə sistemləri ilə təchiz olunmuş iki ABŞ Hərbi Dəniz Qüvvələri esminesi DDG-119 və DDG-53-ə uğurlu raket zərbələri endirib".
Daha əvvəl ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ qüvvələrinin ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmisinə edilən hücuma cavab olaraq Fars körfəzi və Oman körfəzində beş İran neft tankerini məhv etdiyini açıqlamışdı.