İran ABŞ ın hücumuna belə hazırlaşır İki milyon insan görün hara köçürülür

31.01.2026

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yaxın Şərqdə gərginliyin artması fonunda Tehranda sığınacaqlar yaradılacaq.

Globalinfo.az xəbər verir ki, bunu İran paytaxtının Böhranların İdarə Edilməsi Təşkilatının rəhbəri Əli Nəsiri deyib.

Onun sözlərinə görə, lazımi mərhələlər tamamlandıqdan və icazələr alındıqdan sonra təxminən 2,5 milyon nəfər üçün sığınacaqlar istifadəyə veriləcək.

Bu məqsədlə dayanacaqlar və ictimai mərkəzlər daxil olmaqla 300-dən çox yeraltı sığınacaq hazırlanır. “RİA Novosti” xəbər verir ki, 82 metro stansiyasındakı məkanlar tualet, qida və su ilə təmin ediləcək.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp əvvəlcə ölkədəki iğtişaşlar fonunda İrana zərbə endirməklə hədələyib, daha sonra “nəhəng armada”ların İrana yaxınlaşdığını bildirib.

Tehran isə dəfələrlə qarşılıqlı hörmət və bərabərliyə əsaslanan danışıqlara hazır olduğunu, lakin tələblərin irəli sürülməsinin bunu əngəllədiyini açıqlayıb.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью