İran ABŞ ın iki LUKAS dronunu ələ keçirib

05.11.2026

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun elektron müharibə bölməsi ABŞ-a məxsus LUCAS pilotsuz uçuş aparatını ələ keçirib. Bu barədə İİKK-nın mətbuata açıqlamasında bildirilir.

PressTV xəbər verir: “İİKK Hərbi Dəniz Qüvvələrinin elektron müharibə bölməsi iki düşmən LUCAS dronunu nəzarətə götürərək onları zərər vermədən uğurla endirib”.

İİKK mətbuat xidmətinin başqa bir məlumatına görə, iki supertanker İranla razılaşdırılmamış marşrutla Hörmüz boğazından keçməyə çalışarkən yanğına məruz qalıb: “Dünən gecə iki ayrı hadisədə Hörmüz boğazının cənub hissəsində razılaşdırılmamış marşrut üzrə hərəkət etməyə çalışan böyük bir neft tankeri minaya düşüb və dayanmaq məcburiyyətində qalıb. Başqa bir supertankerdə böyük yanğın baş verib”.

Qeyd olunur ki, yedək gəmisi ikinci tankerə yaxınlaşaraq yanğını söndürməyə çalışıb, lakin sonradan o da alovlanıb.

P.ƏMİRCANOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью