İran ABŞ ın Küveytdəki hərbi bazasına zərbələr endirdi VİDEO

31.03.2026

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

İran Küveytdə yerləşən ABŞ ordusuna məxsus “Bühring” (Camp Buehring) hərbi düşərgəsinə zərbələr endirib.
Bizim.Media İran KİV-ə istinadla xəbər verir ki, İran tərəfindən həyata keçirilən zərbələr nəticəsində hərbi baza ciddi ziyan görüb.
Məlumata görə, hücum zamanı bazanın bir neçə əsas infrastrukturu hədəfə alınıb.
Vurulduğu iddia edilən obyektlər arasında aviasiya anqarları, hərbçilər üçün kazarmalar, idman zalı, anbar sahələri, elektrik stansiyası və digər hərbi-logistik binalar yer alır.
Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib.
Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket və dron hücumları təkcə İsraili və ABŞ hərbi obyektlərini deyil, eyni zamanda bir sıra region ölkələrini hədəf alıb.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью