İran ABŞ ın MQ 9 Reaper PUA larının dörddə birini sıradan çıxarıb

13.08.2026

Icma.az, Bizim media saytına istinadən bildirir.

ABŞ İranla müharibə zamanı MQ-9 Reaper tipli pilotsuz uçuş aparatlarının təxminən dörddə birini itirib.
Bizim.Media xəbər verir ki, bu barədə The Washington Post mənbələrə istinadən məlumat yayıb.
ABŞ ordusu ümumilikdə 45 MQ-9 Reaper itirib. Bu PUA-ların əksəriyyətinin Hörmüz boğazı ərazisində İran üçün asan hədəfə çevrildiyi bildirilir.
Bir MQ-9 Reaper-in qiyməti üzərindəki avadanlıqdan asılı olaraq 30-50 milyon dollar təşkil edir. Beləliklə, itirilən aparatların ümumi dəyəri 1,3 milyard dolları ötə bilər.
 

Nəşrin məlumatına görə, PUA-ların hamısı birbaşa hücum nəticəsində məhv edilməyib. Bəziləri operatorlarla əlaqənin itirilməsindən sonra qəzaya uğrayıb.


ABŞ Müdafiə Nazirliyi tədricən General Atomics şirkətinin istehsal etdiyi MQ-9 Reaper-lərdən imtina etməyi və onları daha ucuz, sürü halında fəaliyyət göstərə bilən kəşfiyyat-zərbə PUA-ları ilə əvəzləməyi planlaşdırır.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью