İran ABŞ ın ölkəyə girişi qadağan etmək qərarına sərt reaksiya verib

07.06.2025

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İran Xarici İşlər Nazirliyinin xaricdəki iranlılarla ilər şöbəsinin rəhbəri Əli Rza Haşimi Rəca ABŞ hökumətinin İran və bəzi müsəlman ölkələrinin vətəndaşlarının ölkəyə girişini qadağan edən qərarını kəskin şəkildə pisləyib.

Bizimyol.info "Mehr"ə istinadən xəbər verir ki, Haşimi Raca bu qərarın yalnız vətəndaşların dini və ya milli mənsubiyyətinə əsaslanaraq qəbul edildiyini və bunun İran xalqı və müsəlmanlarına qarşı dərin düşmənçiliyin göstəricisi olduğunu bildirib.

İran rəsmisi onu da vurğulayıb ki, bu addım beynəlxalq hüququn əsas prinsipləri, xüsusilə də ayrı-seçkiliyə yol verməmək və insan haqları prinsipləri ilə açıq şəkildə ziddiyyət təşkil edir.

Haşimi Raca: "Yüz milyonlarla insanın yalnız milli mənsubiyyətinə və ya dininə görə səyahət etmək hüququndan məhrum edilməsi ABŞ administrasiyasındakı institusional irqçilik və ayrı-seçkiliyin bariz nümunəsidir. Bu vəziyyət beynəlxalq insan hüquqları normalarını pozur və ABŞ-ın beynəlxalq məsuliyyətinə səbəb olur", - deyə qeyd edib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью