Icma.az bildirir, GlobalInfo portalına istinadən.
“İran ABŞ-la danışıqlar çərçivəsində nüvə proqramını dayandırmağa və ya məhdudlaşdırmağa razılıq verəcək”.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə “The New York Times” (NYT) qəzeti çıxış edib.
Nəşr yazır ki, Tehranın bu tələblə razılaşması böyük güzəşt olacaq:
“Lakin İran hakimiyyəti ABŞ-ın iştirakı ilə regional nüvə enerjisi konsorsiumunun yaradılması yolu ilə həllinə üstünlük verərdi. Buna rəğmən ABŞ-la razılaşma ehtimalı yüksəkdir”.
Qeyd edək ki, iki ölkə arasında danışıqların Türkiyədə keçirilməsi gözlənilir.
Əliyar Xəlil
Globalinfo.az