Ayna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Amerika tərəfi bu planın rədd ediləcəyi təqdirdə danışıqların uğursuz hesab ediləcəyini və iclasdan çıxacağını bildirdi”
İran İslamabadda keçirilən vasitəçilik danışıqlarında ABŞ-ın təklifini rədd edib. Bundan sonra Amerika nümayəndə heyəti danışıqlar məkanını tərk edib. AYNA.AZ-ın “Mehr” agentliyinə istinadən məlumatına görə, İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini Kazem Qəribabadi vasitəçilik danışıqlarında ABŞ-ın təklifini rədd edib.
O, Amerika tərəfinin həddindən artıq tələblər qoyduğunu bildirib: "Amerika tərəfi bu planın rədd ediləcəyi təqdirdə danışıqların uğursuz hesab ediləcəyini və iclasdan çıxacağını bildirdi. Nəticədə, Amerika nümayəndə heyəti iclasdan çıxdı", - deyə Qəribabadi bildirib.
O, İran nümayəndə heyətinin danışıqları davam etdirməkdə israr etmədiyini vurğulayaraq, bu yanaşmanı "İran İslam Respublikasının layiqli diplomatiyası" adlandırıb.
Xarici işlər nazirinin müavini həmçinin bildirib ki, Omandakı danışıqlar İran Hörmüz boğazını yenidən bağladıqdan sonra baş tutub. Onun sözlərinə görə, digər tərəf İran-Oman danışıqları başa çatana qədər cənub marşrutunun açıq qalmasında israr edib, lakin İran nümayəndə heyəti bu təklifi rədd edib.
"Biz açıq şəkildə bildirdik ki, danışıqların nəticəsindən asılı olmayaraq, İran İslam Respublikasının fundamental siyasəti müharibənin əvvəlindən aydın olub və bu cür təkliflər qəbul edilməyəcək", - Qəribabadi vurğulayıb.
27 iyul səhəri İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Beqayi Tehran və Vaşinqtonun vasitəçilər vasitəsilə danışıqları davam etdirdiyini bildirib. O deyib ki, vasitəçilik səyləri Pakistan və Qətər tərəfindən də həyata keçirilir və tərəflər arasında mesajlar ötürülür. Nazirliyin sözçüsü əmin edib ki, İranın prioriteti suverenliyini və ərazi bütövlüyünü qorumaqdır.
27 iyul axşamı çıxış edən ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla danışıqlar "çox mehriban atmosferdə keçirilir. Lakin əgər biz sərt davranmasaydıq, danışıqlar olmazdı".