İran ABŞ ın uçuş qadağasına görə ICAO ya etiraz edib

28.09.2026

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

İran ABŞ tərəfindən aviaşirkətlərinin uçuşlarına tətbiq edilən məhdudiyyətlərlə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) etirazını bildirib. 

525.az xəbər verir ki, bu barədə İran Mülki Aviasiya Təşkilatının rəhbəri Abuzər Şirudi açıqlama verib.

Daha əvvəl ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib ki, sentyabrın 23-dən etibarən İran aviaşirkətləri uçuş həyata keçirə bilməyəcək və sanksiyalar səbəbindən onlara yerüstü xidmətlər göstərilməyəcək.

“Qanuni hüquqlarımızı qorumaq və ABŞ tərəfindən tətbiq edilən qanunsuz məhdudiyyətlərə qarşı çıxmaq məqsədilə İranın etirazı hazırlanaraq ICAO-ya göndərilib”, — Şirudi deyib.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью