İran: ABŞ la danışıqlar başqa yerdə aparıla bilər, lakin Oman vasitəçi olaraq qalacaq

14.04.2025

Icma.az, Operativ MM portalına istinadən məlumat verir.

Bəqayi Tehranda keçirdiyi mətbuat konfransında jurnalistlərin ölkəsinin xarici siyasət gündəmi və regional hadisələrlə bağlı suallarını cavablandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Aprelin 12-də İran və ABŞ arasında Omanda keçirilən dolayı danışıqlara toxunan Bəqayi, danışıqların nüvə məsələsi və sanksiyaların aradan qaldırılması ilə bağlı olduğunu bildirib.

Bəqayi ABŞ-la aprelin 19-da keçiriləcək danışıqların Oman yerinə Avropaya daşına biləcəyini, lakin Maskatın vasitəçilik rolunu davam etdirəcəyini, danışıqların dolayı danışıqlar şəklində davam edəcəyini bildirib.

"Danışıqların yeri önəmli deyil, önəmli olan danışıqların çərçivəsi və formasıdır. Biz birbaşa danışıqları təsirli və faydalı görmürük",- deyə o qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью